Dördüncü həsrət
12.09.2022 - 12:30
Dördüncü həsrət

“Sumqayıt” Misli Premyer Liqasında ilk qolunu vurub. 

Apasport.az saytının məlumatına görə, Aleksey Baqanın yetirmələri VI turun “Şamaxı” ilə ev oyununda fərqlənib.

Meydan sahibləri 3-cü dəqiqədə Almir Aqanspahiçin penalti zərbəsi ilə hesabı açıb. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec - mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. 

Lakin sumqayıtlılar dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb. Aqanspahiç qolunu komandası 453 dəqiqə gözləyib. Qol həsrətində mütləq antirekord isə 2015/16 mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur.

İlk qolunu ən gec vuranlar (ən azı 5 oyundan sonra)
1. AZAL (2015/16 mövsümü) – 540-cı dəqiqə, Aleksandr Qurulu, “Sumqayıt”la oyun – 1:1
2. “Xəzər” Lənkəran (1992 mövsümü) – 471-ci dəqiqə, Məhərrəm Bağırov, “Energetik”lə oyun – 2:1
3. “Göyəzən” (2004/05 mövsümü) – 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), “Qarabağ”la oyun – 2:4
4. “Sumqayıt” (2022/23 mövsümü) – 453-cü dəqiqə, Almir Aqanspahiç, “Şamaxı” ilə oyun – 1:1
 

writer photo
Əlirza Əlirzalı
0