Holand bu gün Ronaldonu keçə bilər
19.04.2023 - 15:32
“Mançester Siti”nin futbolçusu Erlinq Holand daha bir rekordun astanasındadır.
Apasport.az saytı xəbər verir ki, norveçli hücumçu bunu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununda rəsmiləşdirə bilər.
O, bu gün baş tutacaq görüşdə fərqlənə bilsə, bir mövsümdə ən çox qol vuran futbolçu adına sahib olacaq. 22 yaşlı forvard bu rekorda sabiq “Barselona”lı Ronaldo ilə şərikdir. Onların hər ikisinin aktivində 47 qol var. “Yekədiş” 1996/97 mövsümündə 47 dəfə fərqlənib.
Qeyd edək ki, “Mançester Siti” ilk oyunda “Bavariya”ya 3:0 hesabı ilə qalib gəlib.
0
0