Kloppun 1000-ci, Aspilikuetanın 500-cü oyunu
21.01.2023 - 21:27
Kloppun 1000-ci, Aspilikuetanın 500-cü oyunu

Bu gün Premyer Liqanın XXI turunun matçında "Liverpul" doğma meydanda "Çelsi" ilə qarşılaşıb və görüş qolsuz başa çatıb – 0:0.

Apasport.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yürqen Klopp üçün bu oyun onun məşqçilik karyerasında 1000-ci oyun olub.

"Maynts", "Borusiya" (Dortmund) və "Liverpul"u çalışdırdığı 1000 matçda almaniyalı mütəxəssis 538 qələbə qazanıb. Bunlardan 240-ı heç-heçə və 222-si məğlubiyyət olub.

Bu matç qarşı tərəfdə ispaniyalı müdafiəçi Sesar Aspilikueta üçün da əlamətdar olub. O, "Çelsi"də 500-cü matçını keçirib. Bununla da bu sayda oyun keçirən "Çelsi"nin ilk əcnəbi futbolçusu ünvanını əldə edib.

writer photo
Əlirza Əlirzalı
0