"Real" "Enfild"də tarixi nəticəyə imza atdı
22.02.2023 - 02:30
"Real" "Enfild"də tarixi nəticəyə imza atdı

Madrid "Real"ı tarixi nəticəyə imza atıb.

Apasport.az xəbər verir ki, Kral klubu avrokubok yarışlarında "Enfild"də "Liverpul"un qapısına 5 qol vuran ilk komanda olub.

Ümumiyyətlə, "Liverpul" öz meydanında avrokubok matçları zamanı bunadək qapısından heç 4 top buraxmamışdı.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul" "Real"a 2:5 hesabı ilə məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0