Misli Premyer Liqasının XXIII turu “Sabah”ın baş məşqçisi Murad Musayevin qırmızı vərəqə alması ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis “Turan Tovuz”la matçın ilk yarlısında hakimə qarşı davranışı üzündən texniki zonadan qovulub.
Referinin qərarına etiraz üzündən iki dəfə sarı vərəqə alan Musayev artıq 35-ci dəqiqədə tribunaya göndərilib. Hətta meydana daxil olmaq və hakimə hücum çəkmək istəyən mütəxəssis bununla da mövsümün antirekorduna imza atıb.
O, cari mövsümdə iki dəfə qırmızı vərəqə ilə cəzalanan ilk rəsmi şəxsdir. Musayev hələ I dövrənin “Qarabağ”la sərər matçında da (3:4) texniki zonadan kənarlaşdırılıb.
Əcnəbi məşqçi “Sabah”da yeganə belə şəxs deyil. Ondan “nümunə götürən” köməkçisi Vitali Kovalyov da qırmızı vərəqə görüb.
Ümumilikdə isə mövsümdə 4 dəfə rəsmi şəxslərə belə cəza verilib. Onun ikisi – yəni yarısı Musayevin passivindədir. Cəzaların 75 faizi isə “Sabah”a düşüb.
Bakı klubunu tək qoymayan isə “Sumqayıt”dır. Samir Abasovun növbəti qırmızısı cari mövsümə təsadüf edib.
Qeyd edək ki, Musayevin “Sabah”ı 0:2 hesabı ilə uduzub.