Azərbaycan idmançısı Avropa çempionu oldu
11.05.2024 - 19:27
Azərbaycan idmançısı Avropa çempionu oldu

Bu gün Serbiyada keçirilən para-taekvondo üzrə Avropa çempionatının üçüncü günündə -70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İmaməddin Xəlilov tatamiyə çıxıb.

Apasport.az xəbər verir ki, finalda türkiyəli rəqibini məğlub edən İmaməddin ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, para-taekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.

writer photo
Əlirza Əlirzalı
0