İmaməddin Xəlilov: "Çox qürurluyam"
11.09.2024 - 11:26
İmaməddin Xəlilov: "Çox qürurluyam"

“Parataekvando üzrə ilk dəfə qızıl medal qazanaraq tarixə düşdüm”. 

Bunu apasport.az-a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarının paratakevondo üzrə qızıl medalçısı İmaməddin Xəlilov deyib.

26 yaşlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə yüksəldiyi üçün qürur duyduğunu bildirib:

“Cənab Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildim. Çox qürurluyam. Özümə güvənirdim. Hər döyüşdə xalqımızın dəstəyini hiss edirdim. Ağır keçən qarşılaşmalardan sonra çempion adını qazanmaq böyük fəxrdir. Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Nərmin Vüqarqızı

writer photo
Əlirza Əlirzalı
0