Azərbaycan badmintoçusu: "Rəqibin təcrübəsi daha çoxdur"
31.07.2024 - 22:05
Azərbaycan badmintoçusu: "Rəqibin təcrübəsi daha çoxdur"

"Ardıcıl ikinci olimpiadada hazırda "Top-3"də qərarlaşan Antonsen kimi güclü badmintonçu ilə qarşılaşdım".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Olimpiya yığmasının badmintoçusu Edi Reski Dviçayo deyib.

Qrup mərhələsində mübarizəni dayandıran Azərbaycan idmançısı ilk setin həyəcan üzündən çətin keçdiyini bildirib: "İstər-istəməz həyəcan var idi. İlk setdə bu baxımdan çətin oldu. İkinci setdə isə daha yaxşı çıxış etdim. Lakin rəqibin təcrübəsi daha çoxdur. Püşkdən şikayətlənə bilmərəm. Olimpiadada uğur qazanmaq istəyirsənsə bu səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan".

Qeyd edək ki, Dviçayo qrup mərhələsinin ilk görüşündə avstriyalı Kollins-Valentin Filimona qalib gəlsə də, danimarkalı Anders Antonsenə uduzaraq, yarışla vidalaşıb.

writer photo
Əlirza Əlirzalı
0