Stolüstü tennisçilərimiz növbəti təlim-məşq toplanışında
02.09.2024 - 11:33
Stolüstü tennisçilərimiz növbəti təlim-məşq toplanışında

Azərbaycanın 2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

Apasport.az ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edəcək.

Onlar sentyabrın 8-dək məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar.

Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədilə təşkil olunub.

writer photo
Əlirza Əlirzalı
0