Azərbaycan Sloveniyaya uduzdu - YENİLƏNİB
03.09.2022 - 19:45
Azərbaycan Sloveniyaya uduzdu - YENİLƏNİB

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan komandamız bu gün Sloveniya ilə üz-üzə gəlib.

İndiyədək uduzmayan yığmaların dueli Voleybol Mərkəzində baş tutub. Təəssüf ki, ilk üç turda rəqiblərinə set də verməyən Eldar Yusubovun yetirmələri bu dəfə məğlubiyyətə üzülüblər. 

Komandamız birinci hissədə uduzduqdan sonra status-kvonu bərpa etsə də, bundan artığına gücü çatmayıb. Növbəti 2 seti qazanan rəqib oyunu 3:1 hesabı ilə aktivinə yazaraq, qrup liderliyinə yüksəlib. 

Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 7-də səfərdə Sloveniyaya qarşı keçirəcək.

AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
3 sentyabr
18:00. Azərbaycan – Sloveniya - 1:3 (11:25, 25:19, 18:25, 21:25)

Bakı. Voleybol Mərkəzi

1

Sloveniya

4

4

0

12-3

353-285

11

2

Azərbaycan

4

3

1

10-3

303-237

9

3

Avstriya

3

0

3

2-9

209-259

1

4

Gürcüstan

3

0

3

0-9

144-228

0

writer photo
Əlirza Əlirzalı
0