"Filenin sultanları" yarımfinalda
06.08.2024 - 13:23
"Filenin sultanları" yarımfinalda

Paris-2024 Yay Olimpiya Oyunlarında voleybol yarışları davam edir.

Apasport.az xəbər verir ki, Türkiyə bu gün  1/4 final mərhələsi çərçivəsində Çin yığması ilə qarşılaşıb.

Rəqibini 3:2 (23:25, 25:21, 26:24, 21:25, 15:12)  hesabı ilə məğlub edən "filenin sultanları" Olimpiadanın yarımfinalına vəsiqə qazanıb.

Bu, Türkiyə voleybol komandasının Olimpiya Oyunları tarixində ilkdir. 

Qeyd edək ki, voleybol yarışlarının yarımfinal mərhələsi avqustun 8-də keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0