Millimizin sabiq hücumçusu yenidən Türkiyədə
23.05.2022 - 10:12
Millimizin sabiq hücumçusu yenidən Türkiyədə

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

Bir müddət əvvəl İtaliyanın “Kasalmaggiore” klubu ilə vidalaşan milliləşən legionerimiz “Kuzeyboru” ilə müqavilə imzalayıb. Polina 2022/23 mövsümünü Aksaray təmsilçisində keçirəcək.

Bu, Rəhimovanın Türkiyədə üçüncü klubu olacaq. O, əvvəllər “Fənərbaxça” və “Türk Hava Yolları”nın şərəfini qoruyub.

Qeyd edək ki, zəngin karyeraya malik Polina “Azərreyl”, “Azəryol”, “Hyunai”, “Toyota” və “Sesi” klublarında da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0