Paris-2024: Türkiyənin yarımfinaldakı rəqibi bəlli olub
07.08.2024 - 00:55
Paris-2024: Türkiyənin yarımfinaldakı rəqibi bəlli olub

Yay Olimpiya Oyunlarında voleybol yarışları davam edir.

Apasport.az xəbər verir ki, 1/4 final mərhələsində Serbiyanı 3:0 hesabı ilə məğlub edən İtaliya yarımfinalda Türkiyənin rəqibi olub.

Olimpiadada C qrupunda yer alan Türkiyə bu mərhələdəki son matçını İtaliya millisinə qarşı keçirmişdi. Həmin görüş italyanların 3:0 hesablı qələbəsi ilə bitmişdi. 

"Filenin sultanları" 1/4 final mərhələsində yarışın iddialı kollektivlərindən olan Çini 3:2 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, Türkiyə - İtaliya qarşılaşması avqustun 8-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0