Voleybol üzrə İtaliya yığmasının baş məşqçisi Davide Matsanti istefaya göndərilib.
Apasport.az saytı xəbər verir ki, bu barədə qərarı ölkə voleybol federasiyasının prezidenti Cüzeppe Manfredini açıqlayıb.
İtaliya voleybolçularının Avropa çempionatı və Olimpiya Təsnifat turnirində uğursuz çıxış ediblər. Federasiya rəhbəri nəticələri qeyri-qənaətbəxş adlandırıb. O, Avropa çempionatından sonra niyə dəyişiklik etmədiklərinə də aydınlıq gətirib: “Etiraf edim ki, qadın voleybol yığması uğursuz mövsüm keçirdi. Avropa çempionatından sonra məşqçini istefaya göndərməyin əhəmiyyəti yox idi. Çünki Olimpiya seçmə oyunlarına cəmi 4 gün qalmışdı”.
Qeyd edək ki, İtaliya yığması Avropa çempionatını üçüncü pillədə başa vurub. Komanda Olimpiya Təsnifat turnirinin son görüşündə Polşaya məğlub olaraq, Parisə yollanmaq şansını itirib.
Uğursuzluq baş məşqçiyə bağışlanılmadı
26.09.2023 - 20:52
0
0