11 milyonluq icarə
11.01.2023 - 16:49
11 milyonluq icarə

“Atletiko”nun futbolçusu Joao Feliks karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin hücumçusu “Çelsi”yə keçib.

Forvard London klubuna icarəyə verilib. O, mövsümün sonunadək “zadəganlar”ın formasını geyinəcək.

İcarə müqaviləsində futbolçunun sonradan transferi yer almayıb. “Çelsi” yarım mövsümlük icarə üçün 11 milyon avro ödəyəcək.

Qeyd edək ki, Joao “Atletiko”dakı maaşını tam şəkildə londonlular alacaq.
 

writer photo
Əlirza Əlirzalı
0