15 yaşlı sürücü yarış vaxtı vəfat etdi
26.02.2024 - 18:10
Yarış zamanı baş verən qəzada 15 yaşlı sürücü dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, bu barədə Yeni Zelendiyanın Avtomobil İdmanları Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Onunla birlikdə avtomobildə olan 35 yaşlı köməkçi sürücü də dünyasını dəyişib. Sürücü və köməkçi sürücünün şəxsiyyətləri hələ açıqlanmayıb.
Yeni Zelandiya Motor İdmanı Federasiyası da hadisə ilə bağlı təhqiqat apardığını bildirib.
Qeyd edək ki, Yeni Zelandiyada sürücülük vəsiqəsi 16 yaşından sonra verilir. Ancaq 12 yaşına çatdıqdan sonra yarışlarda iştirak üçün lisenziya almaq mümkündür.
0
0