18 yaşında əsas komandaya dəvət aldı
20.03.2024 - 00:00
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Maynu karyerasında ilk dəfə İngiltərə millisinə çağırılıb.
Apasport.az xəbər verir ki, 18 yaşlı futbolçu əvvəlcə U-21 komandasının üzvü olsa da, hazırda əsas komandanın heyətində yer alıb. Yarımmüdafiəçi əvvəllər U-17-dən U-19-a qədər İngiltərə milli komandalarında çıxış edib.
Martın 23-də ingilislər Braziliya, martın 26-da isə Belçika ilə yoldaşlıq oyunu keçirəcək.
0
0