2 milyonluq UDUŞ
05.10.2022 - 16:32
2 milyonluq UDUŞ

Məşhur reper Dreyki bukmeker kontorunda böyük uduş qazanıb.

Apasport.az saytının məlumatına görə, bunu ulduzun özü sosial şəbəkədə paylaşıb.

Böyük məbləğlərə mərc etməyi sevən reper bu dəfə 208 min 644,85 dollarlıq qoyuluş edib. Amerika futbolu həvəskarı Milli Futbol Liqasının üç matçına proqnoz verib.

10,78 əmsala malik kupon Dreykə 2 milyon 248 min 273,49 dollar qazandırıb. Bununla da ulduz bir neçə gün əvvəl uduzduğu 200 min dolların üzüntüsünü unudub.

Qeyd edək ki, müğənni bu ilin fevralında da Milli Futbol Liqasında 1,26 milyon dollar udub.


 

writer photo
Əlirza Əlirzalı
0