2023-cü ildə ən çox azarkeşi olan komandalar AÇIQLANDI
08.01.2024 - 17:56
2023-cü ildə ən çox azarkeşi olan komandalar AÇIQLANDI

2023-cü ildə ən çox azarkeşi olan komandaların siyahısı açıqlanıb.

Apasport.az "Transfermarkt"a istinadla xəbər verir ki, 20 komandadan 19-u Avropa klublarıdır.

İlk 20-likdə sadəcə Braziliyanın "Flamenqo" komandası yer alıb. Bu siyahıya "Barselona" (82 min 273) başçılıq edir. 2-ci sırada "Borussiya Dortmund" (81 min 312), 3-cü sırada isə "Bavariya" (75 min 3) yer alıb. İngiltərənin "Mançester Yunayted"i (73 min 586) 4-cü, İtaliyanın "İnter"i isə 5-ci olub.

Qeyd edək ki, Pep Qvardiolanın başçılıq etdiyi "Mançester Siti" (53 min 305) sonuncu olub.

writer photo
Əlirza Əlirzalı
0