2028-ə qədər "Bayer"də
04.09.2023 - 14:18
2028-ə qədər "Bayer"də

Avropa Liqasında "Qarabağ"ın rəqibi "Bayer" müdafiəçisi ilə müqaviləni artırıb.

Apasport.az saytı xəbər verir ki, Bundesliqa klubu 24 yaşlı Edmond Tapsoba ilə yeni razılaşmaya qol çəkib.

Burkino-Faso millisinin də şərəfini qoruyan arxa xətt oyunçusu 2028-ci ilin yayına kimi leverkuzenlilərin şərəfini qorumağa razılıq verib. 

Futbolçunun komanda ilə bundan əvvəlki anlaşması 2026-cı ilin yayında bitəcəkdi. 

Qeyd edək ki, Edmond bu mövsüm 4 matçda iştirak edərək, 1 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0