25 milyon avrodan imtina
31.08.2023 - 16:52
25 milyon avrodan imtina

“Real”ın futbolçusu David Alaba Səudiyyə Ərəbistanında oynamaq təklifindən imtina edib.

Apasport.az saytının məlumatına görə, Avstriya yığmasının 21 yaşlı müdafiəçisinə 25 milyon avro illik maaş vəd olunub.

Adı açıqlanmayan klubun təklifini rədd edən Alaba “Real”da qalmağa üstünlük verib. Ərəblər “Real”a 40 milyon avro ödəməyi planlaşdırıb. Lakin futbolçu kimi Madrid klubu da oyunçusunu buraxmaq istəməyib.

Qeyd edək ki, David 2021-ci ildən “Real” forması geyinir.

writer photo
Əlirza Əlirzalı
0