"3 driblinq edə bilməyən həmkarlarım canlı yayımlarda..." - Baccio gileylidir
11.12.2023 - 17:39
"3 driblinq edə bilməyən həmkarlarım canlı yayımlarda..." - Baccio gileylidir

“Meydandakı oyunçuları mühakimə etməyə nifrət edirəm, ona görə də televiziya eksperti kimi çalışmıram”.

Apasport.az xəbər verir ki, əfsanəvi italiyalı hücumçu Roberto Baccio təqaüdə çıxdıqdan sonra niyə televiziya eksperti kimi işləmədiyini açıqlayıb.

56 yaşlı veteran futbolçu oyunçuları tənqid etməyi doğru saymır: “Futbolçuları tənqid etmək, onları hər yanlış hərəkətinə görə pisləmək mənlik deyil. Mən ümumiyyətlə bu tip proqramların futbola faydasının olduğunu düşünmürəm. Təsəvvür edin ki, karyerası ərzində meydanda 3 driblinq edə bilməyən həmkarlarım canlı yayımlarda futbolçuları səhvlərinə görə mühakimə edə biləcəklərini düşünürlər. Bu sadəcə dəhşətdir”.

Qeyd edək ki, karyerası ərzində “Yuventus”, “Milan”, “İnter” və “Fiorentina” kimi klubların şərəfini qorumuş Baccio milli komanda ilə 56 matçda 27 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0