"Mançester Yunayted" "Nyukasl"la (0:1) səfər matçı üçün gediş planında dəyişiklik etməli olub.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqa matçına avtobusla gedib.
Buna səbəb İngiltərədə qeyri sabit hava şəraiti səbəbindən bir çox təyyarə reyslərinin təxirə salınması olub. Nəticədə komanda 3 saat avtobusla yol getmək məcburiyyətində qalıb.
Böyük Britaniyanın bəzi bölgələrində gecə saatlarında havanın temperaturu -10 dərəcədən aşağı düşür. Hətta bu səbəbdən ölkədə bir sıra matçlar ləğv edilib.
Qeyd edək ki, görüş ev sahibinin qələbəsi ilə başa çatıb: 1:0. Beləliklə, "Mançester Yunayted" bu məğlubiyyətlə birgə 7-ci pilləyə yuvarlanıb. Bu onların cari mövsümdə aldığı 6-cı məğlubiyyət olub.