30 milyon avroluq transfer
03.07.2023 - 22:41
30 milyon avroluq transfer

Dortmund “Borussiya”sı Feliks Nmeçi ilə heyətini gücləndirib.

Apasport.az-ın məlumatına görə, komanda 22 yaşlı yarımmüdafiəçini 30 milyona transfer edib.

“Volfsburq”dan transfer olunan furbolçu ilə müqavilənin müddəti 2028-ci ilədək nəzərdə tutulub. Nmeça yeni klubunda 8 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, 2022/23 mövsümündə Feliks 30 oyunda 3 qol və 5 ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0