37 yaşlı qapıçı ilə müqavilə pozuldu - SƏBƏB
15.04.2023 - 16:28
37 yaşlı qapıçı ilə müqavilə pozuldu - SƏBƏB

"Selta" Dieqo Alveslə müqaviləni pozub.

Apasport.az saytı xəbər verir ki, komandaya bu ilin fevralında cəlb edilən qapıçının çıxışı ispan klubunu qane etməyib.  

37 yaşlı braziliyalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hazırda qolkiper zədəsini sağaltmaqla məşğuldur.

Qeyd edək ki, Dieqo Alves əvvələr “Almeriya”, “Valensiya” və “Flamenqo” kimi komandaların şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0