39 yaşlı qapıçı ilə müqavilə
13.05.2023 - 10:45
“Ayaks” qapıçısı Remko Pasverlə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Niderland klubunun mətbuat xidməti açıqlayıb.
39 yaşlı qolkiperlə yeni anlaşma 1 illik nəzərdə tutulub. Remko 2024-cü ilin yayına qədər Amsterdam təmsilçisində forma geyinəcək.
Qeyd edək ki, qolkiper cari mövsüm Niderland çempionatında 15 matç keçirib.
0
0