9-cu saniyədə qırmızı vərəqə
18.09.2022 - 21:32
9-cu saniyədə qırmızı vərəqə

Fransa Liqa1-də qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, Jan-Kler Todibo 9-cu saniyədə qırmızı vərəqə alıb.

“Nitsa”nın futbolçusu VIII turda “fərqlənib”. O, “Anje” ilə qarşılaşmanın startında cəzalanıb.

Oyuna mərkəzdən başlayan rəqib dərhal irəli ötürmə verib. “Anje” futbolçusunun qapıçı ilə təkbətək çıxmasına mane olmaq üçün Todibo qaydaları pozub.

Qeyd edək ki, Todibo 2021-ci ilin yayında “Barselona”dan “Nitsa”ya 8,5 milyon avroya transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0