90 milyonluq müqavilədən imtina
06.05.2023 - 17:30
90 milyonluq müqavilədən imtina

“Mançester Siti”nin Cud Bellinqemə təklif etdiyi maliyyə şərtləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Dottmund “Borussiya”sının futbolçusu böyük məbləğdə maaşdan imtina edib.

İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçiyə vergilər çıxıldıqdan sonra 15 milyon avro ödəməyə hazır olub. Mançesterlilər Cuda 6 illik müqavilə təklifi göndərib.

Lakin “Real”a keçməyi arzulayan ingiltərəli 90 milyonluq anlaşmanı qəbul etməyib. Hərçənd İspaniya nəhəngi bundan xeyli aşağı şərtlər irəli sürüb.

Bellinqem “Real”da oynamağı puldan üstün tutan ilk futbolçu deyil. Vinisius Junior, Rodriqo Qoes, Eduardo Kamavinqa, Orelyen Tçuameni və Endrik də eyni addımı atıb.

Qeyd edək ki, Cud mövsümün 40 matçında 11 qol vurub və 7 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0