A seriyasından London klubuna
15.08.2022 - 22:29
A seriyasından London klubuna

“Udineze”nin futbolçusu Destini Udodji karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Tottenhem”ə keçəcək.

Udodji yaxın günlərdə tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq. Lakin müdafiəçi yalnız 2023-cü ilin yayında London klubuna qoşulacaq. 

Belə ki, “Tottenhem” onu alan kimi icarəyə verəcək. Onun transferi 17 milyon avroya başa gələcək.

Qeyd edək ki, Udodji ötən mövsüm 35 oyun keçirib. 
 

writer photo
Əlirza Əlirzalı
0