Adrien Rabio anası kimi düşünmür
14.01.2024 - 11:56
Adrien Rabio anası kimi düşünmür

Yarımmüdafiəçi Adrien Rabio "Yuventus"la müqaviləsini uzatmağa hazırdır. 

Apasport.az xəbər verir ki, bu haqda 28 yaşlı mərkəz yarımmüdafiəçisinin özü məlumat verib.

Fransalı Turin klubu ilə razılaşmasını 2025-ci ilin yayına qədər artırarsa, komandanın kapitanı olmaq şansı da qazanacaq.
Ancaq futbolçunun meneceri olan anası orta xətt oyunçusunun təklifi qəbul etməsini istəmir.

Qeyd edək ki, Rabio 2019-cu ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm meydana çıxdığı 18 matçda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0