İngiltərə yığmasının sabiq futbolçusu Alan Şirer Premyer Liqanın cari mövsümündə geridə qalan dönəmin simvolik “11-liy”ini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis ilk 15 tura əsasən ən yaxşı hesab etdiyi oyunçuların adlarını sadalayıb.
Maaqlıdır ki, Şirer əfsanəsi olduğu “Nyukasl”ın 5 oyunçusuna rəmzi komandada yer verib.
Şirerin simvolik “11-liy”i: Nik Poup (“Nyukasl”) - Kiran Trippier (“Nyukasl”), Uilyam Saliba (“Arsenal”), Fabian Şer (“Nyukasl”), Joao Kanselo (“Mançester Siti”) - Bruno Gimaraeş (“Nyukasl”), Qranit Xaka (“Arsenal”), Migel Almiron (“Nyukasl”), Kevin de Bruyne (“Mançester Siti”) - Ceyms Meddison (“Lester”), Erlin Haland (“Mançester Siti”).
52 yaşlı Şirer indiyə qədər mövsümün ən yaxşı baş məşqçisi isə “Arsenal”ın çalışdırıcısı Mikel Artetanı seçib.