Albaya Madriddən müştəri
18.05.2023 - 16:01
Albaya Madriddən müştəri

“Barselona”nın futbolçusu Jordi Albanın müştərilərindən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi “Atletiko”ya keçə bilər.

Madrid klubu “Barselona”nın satacağı gözlənilən futbolçunu heyətinə qatmağı planlaşdırır. Kataloniya təmsilçisi Jordinin maaşını 60 faiz azaltmaq niyyətində olsa da, müdafiəçi bununla razılaşmır. Bu üzdən də onun transferə çıxarılması gözlənilir.

Qeyd edək ki, Alba 2012-ci ildən “Barselona”da forma geyinir.

writer photo
Əlirza Əlirzalı
0