Aleksis Sançez sabiq klubuna qayıdıb
10.08.2024 - 19:33
Aleksis Sançez sabiq klubuna qayıdıb

Çilili futbolçu Aleksis Sançes 13 il sonra sabiq komandasına geri qayıdıb.

Apasport.az xəbər verir ki, Seriya A klubu "Udineze" futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Sançes bundan əvvəl "İnter"in formasını geyinib. 

Qeyd edək ki, çilili ulduz 2011-2012-ci illər mövsümünün əvvəlində 26 milyon avro qarşılığında "Udineze"dən "Barselona"ya keçmişdi. 

writer photo
Əlirza Əlirzalı
0