Alisa Halanda meydan oxudu: “Hazırsansa...”
23.08.2023 - 14:31
Alisa Halanda meydan oxudu: “Hazırsansa...”

“Dəqiq bilmirəm, bəlkə də Erlinq Halandı keçə bilərəm. Düşünürəm ki, 400 m məsafəyə qaçışda bunu bacararam”.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının atleti Alisa Şmidt deyib.

“Busted Coverage” tərəfindən dünyanın ən seksual atleti hesab edilən idmançı Norveç millisinin və “Mançester Siti”nn ulduz futbolçusu Erlinq Halandla qaçış cığırında mübarizə aparmağa hazır olduğunu bildirib. O, qaçışda futbolçunu keçə biləcəyi ilə bağlı sualın cavabında Erlinqə meydan oxuyub: “200 m məsafədə bir az çətin olar. Amma belə duel baş tutsa, onunla mübarizəyə sevinərəm. Yəqin ki, mən Erlinqə dəvət göndərməliyəm. Özüm isə həmişə hazıram. Haland, əgər sən də mənimlə mübarizəyə hazırsansa, hansımızın daha sürətli olduğunu yoxlamaq istəyirəm”.

Alisa 2020-ci ildə Dortmund “Borussiya”sında fitnes üzrə məşqçi işləyib. Həmin vaxt klubun və Almaniya millisinin müdafiəçisi Mats Hummelslə 400 m məsafəyə qaçış təşkil edən atlet futbolçunu qabaqlayıb.

Qeyd edək ki, Alisa ötən həftə atletika üzrə dünya çempionatında Almaniyanın 4x400 m məsafəyə qaçış komandasında qüvvəsini sınayıb. 

writer photo
Əlirza Əlirzalı
0