Almaniya millisinin heyətində dəyişiklik
13.06.2024 - 00:48
Almaniya millisinin heyətində dəyişiklik

AVRO-2024-də Almaniya yığmasının heyətində dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, Aleksandar Pavloviçi Emre Can əvəzləyib.

İnfeksiyaya yoluxan 20 yaşlı müdafiəçi heyətdən uzaqlaşdırılıb. Pavloviç Almaniyada start götürəcək turnirdə komandaya kömək edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib. Onu “bundestim”in heyətində “Borusiyya”nın yarımmüdafiəçisi Emre Can əvəz edəcək.

writer photo
Əlirza Əlirzalı
0