Almaniyanın yeni baş məşqçisi məlum oldu
19.09.2023 - 15:25
Almaniyanın yeni baş məşqçisi məlum oldu

Almaniya millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Apasport.az saytı xəbər verir ki, Bundestimin sükanı arxasına Yulian Naqelsman keçib.

36 yaşlı mütəxəssislə anlaşma 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Alman məşqçinin ayda 400 min avro maaş alacağı bildirilir.

Qeyd edək ki, Naqelsman 2021-ci ilin iyulundan, 2023-cü ilin mart ayına kimi “Bavariya”ya rəhbərlik edib. Gənc məşqçi Münhen təmsilçisi ilə bir Bundesliqa çempionluğu, iki Almaniya kuboku qazanmağın sevincini yaşayıb.
 

writer photo
Əlirza Əlirzalı
0