Ançelotti Arda Gülərin gələcəyi ilə bağlı qərar verib
04.03.2024 - 15:57
Ançelotti Arda Gülərin gələcəyi ilə bağlı qərar verib

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin yaxın gələcəyi ilə bağlı qərar verib. 

Apasport.az insayder Ramon Alvaresə istinadla xəbər verir ki, italiyalı çalışdırıcı hesab edir ki, karyerasının bu mərhələsində gənc futbolçu müntəzəm oyun praktikası üçün icarəyə getməlidir.

Bu mövsüm Gülər “kral” klubunun formasıyla cəmi 5 oyunda iştirak edib və qol vurmayıb. 

Qeyd edək ki, tərəflər arasında mövcud müqavilə müddəti 2029-cu ilin yayına qədərdir. Yarımmüdafiəçinin bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0