Ançelotti Braziliya yığmasına şərt qoydu
12.12.2022 - 15:01
Ançelotti Braziliya yığmasına şərt qoydu

Braziliya millisinin baş məşqçi postuna daha bir namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, pentakampeonları Karlo Ançelotti çalışdıra bilər.

Braziliya Futbol Konfederasiyası artıq “Real”ın baş məşqçisi ilə danışıqlara start verib. 63 yaşlı mütəxəssis şərt qoyub. O, yalnız mövsümün sonunda “Real”dan ayrılmağa razı olduğunu bildirib.

Cənubi amerikalılar Ançelottini gətirmək fikrində qalsa, “Real”la danışıqlar aparmalı olacaq. Çünki mütəxəssisin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Həmçinin müvəqqəti baş məşqçi tapmaq lazım gələcək ki, 2023-cü ilin yayına qədər bu postu tutsun.

Qeyd edək ki, Ançelotti heç vaxt yığmada çalışmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0