"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Toni Kroos və Luka Modriçin komandadakı gələcəyi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Toni və Luka ilə danışıqlar Çempionlar Liqasının finalından sonra aparılacaq. Onların "Real Madrid"də qalmasını istəyirəm. Kroos bu il "Ballon dor"a layiqdir, lakin onun qazanacağı ehtimalı azdır. O, Çempionlar Liqasını və Avropa Çempionatını qazanarsa, şansı var”.
Xatırladaq ki, hər iki futbolçunun "kral" klubu ilə müqaviləsi yayda başa çatır.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də “Uembli” stadionunda keçiriləcək. Həlledici görüşdə “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.