Ançelotti: “O, meydana çıxmadı, qaçmadı, amma iki qol vurdu”
24.09.2022 - 22:35
Ançelotti: “O, meydana çıxmadı, qaçmadı, amma iki qol vurdu”

Braziliya millisinin sabiq futbolçusu Ronaldo artıq çəkiyə malik olduğu vaxtda da problem yaşamayıb.

Apasport.az saytının məlumatına görə, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

İtaliyalı mütəxəssis “Milan”ı çalışdırdığı vaxtı xatırlayıb: “Biz Ronaldo ilə müqavilə imzalayanda 100 kiloqram idi. Ona dedim ki, bu çəki ilə oynaya bilməzsən, arıqlamalısan. Cavabında isə “qol vurmağımı, yoxsa qaçmağımı istəyirsən” sualı eşitdim. O, meydana çıxmadı, qaçmadı, amma iki qol vurdu”.

Qeyd edək ki, “Yekədiş” 2007-08-ci illərdə oynadığı “Milan”da 20 matça 9 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0