Ançelotti üçün SON
25.10.2022 - 10:00
Ançelotti üçün SON

“Tottenhem”in futbolçusu Son Xın Min klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, cənubi koreyalı “Real”ın hədəfindədir.

Hücumçu baş məşqçi Karlo Ançelottinin marağını çəkib. İtaliyalı mütəxəssis Sonu sərəncamında görmək istəyir.

Qeyd edək ki, Son cari mövsümdə 16 oyunda 5 qol vurub və 2 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0