Ançelottidən tənqid: “Bu onların zədələnməsinə səbəb olur”
22.04.2023 - 17:50
Ançelottidən tənqid: “Bu onların zədələnməsinə səbəb olur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti FİFA və UEFA-nı tənqid edib.

Apasport.az saytı xəbər verir ki, 63 yaşlı italiyalı məşqçi oyun sayının çoxluğundan narazıdır.

Təcrübəli mütəxəssis sıx təqvimin komandaya mənfi təsir etdiyini düşünür: “Futbolçular həm avrokuboklarda, həm də ölkə daxili yarışlarda oynayırlar ki, bu da onların yorulmasına və zədə almasına səbəb olur. Hələ milli komandalar arasındakı matçları demirəm. Qarşıdakı 4 həftə ərzində onlar 3 gündən bir meydana çıxacaqlar. Təəssüf ki, qurumlar və şəxslər özlərini düşünür. Halbuki futbolu gözəlləşdirən məhz futbolçulardır”.

writer photo
Əlirza Əlirzalı
0