Ançelottiyə şok: 5 il həbs oluna bilər
06.03.2024 - 17:04
Ançelottiyə şok: 5 il həbs oluna bilər

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti həbs təhlükəsi ilə üzləşib.

Apasport.az xəbər verir ki, Madrid Prokurorluğu italyan məşqçiyə qarşı 2014-2015-ci illərdə ümumilikdə təxminən 1 milyon avro vergidən yayındığı əsası ilə istintaqa başlayıb.

Prokurorluq Karlo Ançelottini 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. 

Bildirilib ki, Ançelottinin vergi pozuntuları ilə bağlı iki ayrı cinayətə görə mühakimə olunma riski var, lakin o, Maliyyə Nazirliyi ilə razılığa gələrsə, məhkəmə çəkişmələrinə müraciət etmədən problemi həll etmək olar.

 

writer photo
Əlirza Əlirzalı
0