“Araz-Naxçıvan”da vida
26.12.2023 - 13:18
“Araz-Naxçıvan”da vida

Qış fasiləsinə lider yollanan “Araz-Naxçıvan” braziliyalı hücumçusu ilə vidalaşıb. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

“Qırmızı-ağlar” müqaviləsi başa çatan Erik Dannilo ilə anlaşmanı uzatmayıb.

Yayda komandaya qoşulan futzalçı “Araz-Naxçıvan”ın forması altında Yüksək Liqada  8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində isə 2 qol vurub.  

writer photo
Əlirza Əlirzalı
0