Arda Gülər debütün astanasında
08.12.2023 - 11:33
Arda Gülər debütün astanasında

Arda Gülər La Liqada debüt matçına hazırlaşır.

Apasport.az xəbər verir ki, İspaniya mediası “Real”ın gənc futbolçusunun qarşıdakı turlarda meydana çıxacağını iddia edir.

Zədə səbəbindən oyunlarda iştirak edə bilməyən 18 yaşlı hücumameylli yarımmüdafiəçi komanda ilə intensiv məşqlərə davam edir. Onun dekabrın 18-də keçiriləcək “Vilyarreal”la ev qarşılaşmasında oynaması planlaşdırılır.

Qeyd edək ki, paytaxt klubu futbolçunun tam sağaldığını, artıq onun matçlara tam hazır olmasını gözlədiklərini açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0