Arda Gülər: "Milli komandada oynamaq üçün çox darıxıram"
11.01.2024 - 18:25
Arda Gülər: "Milli komandada oynamaq üçün çox darıxıram"

"Türkiyədən böyük dəstək var".

Apasport.az xəbər verir ki, bunu yanvarın 6-da "Real"da debüt edən Arda Gülər, matçdan sonra açıqlama verərkən deyib. 

18 yaşlı futbolçu ölkə kubokunun final mərhələsi ilə bağlı danışıb: "Finalda rəqib fərqi yoxdur. Biz "Real"ıq! Kim gəlirsə gəlsin, biz kuboku qazanmaq üçün oynayacayıq. Biz hər sahədə liderik".

Arda AVRO-2024-lə barəsində də fikirlərini bildirib: "Milli komandada oynamaq üçün çox darıxıram. Yeni nəsil, yeni məşqçi var. Hər şey çox yaxşı gedir. Ümid edirəm ki, AVRO-2024-də hər şey yaxşı olacaq".

writer photo
Əlirza Əlirzalı
0