Arda Gülerin transfer qiyməti dəyişib
19.07.2024 - 19:51
Arda Gülerin transfer qiyməti dəyişib

Avropa Çempionatında göstərdiyi performansla diqqətləri üzərinə toplayan Arda Gülerin bazar dəyəri yüksəlişə keçib.

Apasport.az xəbər verir ki, türkiyəli ulduzun transfer qiyməti 18 milyon avrodan 45 milyon avroya qalxıb.

Ardanın "Real"dakı gələcəyi ilə bağlı narahatlıqlar var. Ehtimal edilir ki, o, növbəti mövsümdə də "kral klubu"nun heyətində yer alacaq.

Qeyd edək ki, gənc futbolçu 2023/24 mövsümündə Madrid klubunda 12 oyunda 6 qol vurub. 

writer photo
Əlirza Əlirzalı
0