"Arsenal" Ferdi Kadıoğlu üçün təklifini yüksəltdi
22.05.2024 - 09:57
"Arsenal" Ferdi Kadıoğlu üçün təklifini yüksəltdi

Super Liqa təmsilçilərindən "Fənərbaxça"da mövsümün ən təsirli adlarından olan Ferdi Kadıoğlunun transferi gündəmdədir.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, "Arsenal"dan başqa Ferdi Kadıoğlu üçün "Fənərbaxça"ya rəsmi təklif göndərən digər klub "Bayer Leverkuzen"dir.

Xəbərdə "Arsenal"ın "sarı-lacivərdlilər"ə ilk olaraq 20 milyon avro təklif etdiyi, lakin "bülbüllər"in bu rəqəmi rədd etdiyi qeyd edilib. Bunun üzərinə İngiltərə komandasının Ferdi Kadıoğlu üçün təklifini artırmağa hazırlaşdığı bildirilib.

Məlumata görə, "Arsenal" 20 milyon və 5 milyon avro bonus olaraq təklifini yenidən nəzərdən keçirməyə hazırlaşır. 

"Fənərbaxça" ilə daha 2 il müqaviləsi olan Ferdi Kadıoğlu bu mövsüm 50 matçda forma geyinib və 4234 dəqiqə meydanda olub. 24 yaşlı futbolçu 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0