“Arsenal” hücumçusunu icarəyə verir
12.09.2022 - 17:10
“Arsenal” hücumçusunu icarəyə verir

“Arsenal” futbolçusu Markinyosu icarəyə verəcək.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu hücumçusunu qışda göndərmək niyyətindədir.

19 yaşlı braziliyalı bu yay “San-Paulu”dan transfer olunub. O, Avropa Liqasının “Sürix”lə görüşündə qol və asssitə də imza atıb. Forvardın hansı kluba icarəyə veriləcəyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Arsenal” Markinyosu 3,5 milyon avroya transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0