"Arsenal" Vlaxoviç sevdasından əl çəkmir
02.04.2023 - 19:15
"Arsenal" Vlaxoviç sevdasından əl çəkmir

“Arsenal” hücum xəttini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, London təmsilçisinin hücumçu mövqeyinə əsas namizədi “Yuventus”un üzvü Duşan Vlaxoviç hesab olunur.

“Topçular”ın ötən yaydan maraqlandığı futbolçu da bu keçidə müsbət yanaşır. “Qoca sinyora” Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə, serbiyalı hücumçu komandasını dəyişəcək.

“Arsenal” Duşan Vlaxoviçin əvəzinə İtaliya klubuna Qranit Caka və Nikola Pepeni təklif edəcək.

writer photo
Əlirza Əlirzalı
0